İngiltərə "Taxıl sazişi" ilə bağlı Türkiyəyə təşəkkür edib

20:11 18 May 2023

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Cleverly Qara Dəniz Taxıl Dəhlizi Sazişinin davam etdirilməsinin müsbət addım olduğunu ifadə edərək, Türkiyə və Birləşmiş Millətlər Təşkilatına (BMT) təşəkkür edib.

"Qara Dəniz Taxıl Dəhlizi Sazişinin davam etdirilməsi müsbət addımdır, lakin Rusiyanın müəyyən etdiyi müddətlər sazişin sabitliyini pozduğuna görə ərzaq məhsullarına ən çox ehtiyacı olanlara çatdırılmasını ləngitdi", - Cleverly "Twitter"də yazıb.

Nazir Cleverly bildirib ki, BMT və Türkiyəyə işlərinə görə təşəkkür edirəm. Rusiya qidadan silah olaraq istifadə etməyi dayandırmalı və razılaşmanın tam şəkildə həyata keçirilməsini öhdəsinə götürməlidir.

Kənan

Sitat.info



Xəbər xətti