Rusiya agenti Ukrayna təhlükəsizlik xidmətinin qrupları tərəfindən belə yaxalanıb

21:15 18 May 2023

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Zaporojye vilayətində Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin (FTX) agenti olduğu bildirilən şəxsi ələ keçirib. Həmin anlar kameralara düşüb.

"UTX Ukrayna Dəniz Piyadalarının mövqelərini izləyən rus agentini saxlayıb", - UTX-nun bəyanatında deyilir.

UTX Zaporojya cəbhəsi ərazilərində əks-təxribat əməliyyatları zamanı daha bir FTX agentini üzə çıxarıb. Günahkar 2011-ci ildə korrupsiyaya görə işdən çıxarılan keçmiş vergi polisi əməkdaşı olub.

Nəzarətə alınan və kimliyi açıqlanmayan şəxsi ömürlük həbs cəzası gözlədiyi bildirilib.

Kənan

Sitat.info




Xəbər xətti