Rusiyanın xarici işlər naziri Sergey Lavrov: "Qara dəniz taxıl dəhlizi sazişinin Türkiyədəki seçkilərlə heç bir əlaqəsi yoxdur. Bu müqavilə ərzaq təhlükəsizliyi və ən yoxsul ölkələrin maraqları ilə bağlıdır", - deyə bildirib.
Sitat.info xəbər verir ki, Prezident Ərdoğan dünən Qara dəniz taxıl dəhlizi sazişinin daha 2 ay uzadıldığını açıqlayaraq dünyaya müjdə verib.
Lavrov deyib: "Biz Ərdoğanın taxıl sazişinin 2 ay müddətinə uzadılması ideyasını dəstəklədik, lakin qarşıdakı 2 ay razılaşmanın nəticəsi üçün həlledici olacaq. Müqavilənin Rusiya hissəsinin nəticələrini görmürük".
Kənan
Sitat.info