Trampın rəqibinin prezidentliyə namizədliyini irəli sürməsi gözlənilir

10:38 19 May 2023

Florida qubernatoru Ron Desantisin gələn həftə 2024-cü ildə keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasından namizədliyini açıqlayacağı gözlənilir.

Sitat.info xəbər verir ki, Amerika mətbuatında yer alan xəbərə görə, Respublikaçılar Partiyasının bazasında məşhur olan Desantis 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyi üçün lazım olan sənədləri mayın 25-də Federal Seçki Komissiyasına təqdim edəcək.

Cinsiyyət dəyişikliyini məhdudlaşdıran, qeyri-qanuni mühacirlərə qarşı sərt addımlar atan və Floridada Çinin kənd təsərrüfatı torpaqları almasını məhdudlaşdıran bir sıra qanun layihələrini imzalayan Desantis, 2024-cü il üçün prezidentliyə namizədliyini rəsmən elan edən keçmiş ABŞ prezidenti Donald Trampın ən böyük potensial rəqibləri arasındadır. 

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti