"G7 Liderlər Zirvəsi 2023" Yaponiyada başladı

11:19 19 May 2023

Ölkənin cənub-qərbindəki Xirosima şəhərində keçirilən "G7 Zirvəsi 2023" Yaponiyanın sədrliyi ilə başlayıb.

Sitat.info xəbər verir ki, Xirosimada keçirilən "G7" Sammiti 3 gün davam edəcək.

Yaponiyanın baş naziri Kişida Fumionun ev sahibliyi etdiyi sammitdə ABŞ, Fransa, İngiltərə, Almaniya, Kanada və İtaliya liderləri iştirak edir.

Mayın 21-dək davam edəcək sammitə G7 ölkələri ilə yanaşı, Avropa İttifaqı (Aİ), İndoneziya, Hindistan, Cənubi Koreya, Avstraliya və Vyetnam da dəvət olunub.

Kənan

Sitat.info



Xəbər xətti