Ermənistan şirkətlərinə sanksiyalar tətbiq oluna bilər - Natiq Cəfərli

13:58 19 May 2023

Ukraynaya hücumu səbəbindən Rusiyaya tədbiq edilən sanksiyalar deyəsən daha çox Ermənistanın işinə yarayıb. Belə ki, Kremlin sanksiyalardan yayınmasında mühüm rol oynayan Ermənistanın dövlət büdcəsində, iqtisadi göstəricilərində son bir ildə artım müşahidə olunur. Bu artım nəyə dayanır? 

Sitat.info-ya açıqlamasında bu sualı cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, Ermənistan Qərbdən aldığı məhsulları Rusiyaya bir neçə qat baha satır:

"Son vaxtlar Ermənistan iqtisadiyatında irəlləyişlər baş verir, onların sitatistik göstəriciləri də irəli gedir. Xeyli sayda iş yerlərinin açılması, dövlət büdcəsinin gəlirlərinin artırılması və s. Ehtimal olunur ki, bu Rusiyanı sanksiyalardan yayındırmaq üçün, Qərbdən alınan məhsulların Rusiyaya bir neçə qat daha baha satılması səbəbindəndir. Həmçinin də rusiyalı iş adamları sanksiyalarla üzləşiblər, gəlib Ermənistan vətəndaşlığı alıb, orada fəaliyyət göstərməyə çalışırlar". 

N.Cəfərli vurğulayıb ki, Ermənistanda son bir ildə iqtisadi göstəricilərin yaxşılaşmasında təbii ki Rusiyanən  da rolu var: "Rusiyanın sanksiyalardan yan keçməsində  Ermənistanın böyük rolu var. Rusiyadan  təqribən 120 minə qədər relakant Ermənistana gəlib . Mənzil bazarında, kirayə bazarında, ictimai iaşədə canlanma müşahidə olunur, kafe-restoranların dövriyyələri xeyli artıb. Bu da iqtisadi artıma, xidmət sektoruna ciddi təsir göstərib".

İqtisadçı ekspert qeyd edir ki, bir də reeksport məsələsi var: "Çünki Ermənistan Gömrük İttifaqının və Avrasiya İttifaqının üzvüdür. Gömrük məsələlərində Rusiya ilə sadələşdirilmiş rejimi var. Ermənistan Rusiyaya lazım olan məhsulları sifariş edərək reeksport etməklə məşğul olur. Bu Ermənistan iqtisadiyatına müəyyən gəlir gətirir. İş yerlərinin yaranmasınada kömək olur, amma ciddi iradlar var. Həm Avropa Birliyindən, həm də ABŞ-dan Rusiyada sanksiyalardan yan keçən ölkələrə ciddi xəbərdarlıqlar olub. İndi bilirsiniz ki, G7 ölkələrinin yaxın günlərdə Yaponiyada  görüşü keçiriləcək. Orda da bu məsələ ən ciddi müzakirə obyekti olacaq. İndiyənə qədər bir çox Ermənistan şirkətlərinə sanksiyalar tədbiq olunub. Mən belə düşünürəm, bundan sonra daha çox şirkətlərə sanksiyaların tədbiq olunmasına və Ermənistanın adının daha çox hallanmasına şahid ola bilərik”.

Ayna Fərhad, 

Sitat.info



Xəbər xətti