"Ermənistan bir tərəfdən danışıqlar masasına oturmağa hazırlaşır, digər tərəfdən dünən Kəlbəcəri 60 mm minaatanlardan atəşə tuturlar. İlham Əliyevlə Paşinyanın Brüssel görüşü bitər -bitməz PUA-larla mövqelərimizə zərbələr endirirlər. Əgər bunlar sülhə hazırlaşırlarsa, o zaman bu nə münasibətdir? Əgər sən dövlətini idarə edə bilmirsənsə, orada niyə oturmusan? Az qalırlar onun oğlunu oğurlasınlar. İrəvanda ara qarışıb, məzhəb itib. İt yiyəsini tanımır".
Bu sözləri Sitat.info-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.
O vurğulayıb ki, Paşinyan sülhlə bağlı fikirlər səsləndirir, generallar isə onun sözünə baxmırlar: "Bir müddət öncə Paşinyan Moskvadan üz döndərmişdi. Ancaq son vaxtlar yenə də üzünü Kremldəki ağalarına tutub, onların dediyi ilə oturub-durur. Paşinyan öz xalqını da başa salmalıdır. Prinsipcə, Ermənistan cəmiyyətinə də müxtəlif mesajlar verir. Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyir, ancaq bu sadəcə sözdür. Sənəd imzalanmadan, onlara inanmaq olmaz".
Ü.Cəfərov onu da əlavə edib ki, Paşinyan vaxtı uzatmaqla nələrsə udmağa çalışdı: "Paşinyan indi sadəcə bəyanatlar verir, amma ölkəsindəki vəziyyəti də çox yaxşı bilir. Kifayət qədər ustalıqla vaxtı uzada bilir, müəyyən məqsədlərinə nail olur. Vasitəçilərin payda olması, ölən Minsk qrupu formatını xortlatdı və sair".
Səid,
Sitat.info