İranda Məsha Əmini aksiyalarından sonra edamlar davam edir. Ötən ilin noyabr ayında aksiyalarda 3 polisin öldürülməsi ilə bağl başlayan cinayət işində ölüm cəzasına məhkum edilən 3 nəfər edam edilib.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, onlar dövlətə qarşı savaş açmaq da ittiham ediliblər.
Edam edilən Saleh Mirhaşimi, Məcid Kazımi və Səid Yaqubinin, İranda terror təşkilatı olaraq qəbul edilən Xalqın Mücahidləri təşkilatı ilə əlaqəli olduğqları iddia edilirdi.
Qeyd edək ki, İranda edamların sayının həddindən artıq çox olması beynəlxalq təşkilatları da narahat edir və dəfələrlə bu dövlətə xəbərdarlıq edilib.
Səid,
Sitat.info