Rus əsgərləri ciddi xəsarət almadan təslim olarlarsa, həbs olunacaqlar. Xəsarət almadan təslim olmaq 10 ilə qədər həbslə nəticələnə bilər.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, bu qərarı Rusiya Federasiyası Ali Məhkəməsi verib.
Belə ki, rus əsgəri könüllü, şüurlu şəkildə təslim olarsa, əsir düşməmək üçün düşmənə qətiyyətlə müqavimət göstərməzsə, cinayətkar sayılacaq.
Rusiya dövlətinin əsir düşmüş əsgərini cinayətkar hesab etməməsi üçün yeganə şərt, onun “fiziki vəziyyətinə görə əsirlikdən yayına bilməməsi" ola bilər.
"Məsələn, hərbçinin köməksiz vəziyyətdə, o cümlədən ağır yara və ya mərmi zərbəsi nəticəsində yaralı halda tapılması", - Ali Məhkəmənin izahatında deyilir.
Həmçinin göstərilir ki, rus əsgəri tam mühasirədə olsa belə, düşmənə qətiyyətli müqavimət göstərməyə borcludur.
Məğrur,
Sitat.info