"Sarıqulaqlıların sürüşüb getmələrinə az qalıb, Qarabağdakı quldurları tərksilah etməliyik" - Hərbi eskpert

18:24 19 May 2023

Bəzən Qarabağ məsələsi müzakirə olunarkən bu problemin çözülməsi üçün Rusiyanın Ukraynada məğlub olmasını gözləmək və yaranacaq tarixi şəraitdən istifadə etmək barədə fikirlər səslənir. 

Ancaq hərbi ekspert Telman Qasımov hesab edir ki, biz  diqqətimizi əsas problemdən yayındırmadan öz işimizi həll etməli, Ukrayna məsələsini əsas götürməməliyik.

Sitat.info-ya danışan hərbi ekspert bildirib ki, bu mövzularda  Ukrayna məsələlərinə çox da yüklənməyək: "Mən belə dedikdə həmkarlarım  etiraz edirlər ki, bu birbaşa regionun dövlət taleyidir. Bəli taleydir, amma biz gün boyu bunu  düşünsək, Ukraynada vəziyyətin necə olacağına köklənsək onda bütün işlərimiz kənarda qalacaq. Bəlkə Ukrayna məsələsi elə  15 il uzanacaq. Biz oturub bunu gözləməməliyik ki, Ukraynanın sonu necə olacaq? Yox, biz öz işimizi görməliyik. Bizim Cənubi Qafqazda baş verən hadisələri Ukraynaya kökləməyək, ictimaiyyətin fikrini yayındıraraq, digər aktorlara ipucu verməyək ki, biz Ukraynanın taleyini gözləyirik. Biz öz məsələmizi yekunlaşdırmalıyıq. Antiterror əməliyyatı keçirilməlidir. İstər antiterror adı altında, istərsə də xüsusi əməliyyat adında olsun".

T.Qasımov vurğuladı ki, əməliyyat keçirib Sərsəng su anbarını - yəni separatçı rejimin,  quldurların əlində olan Qarabağın nüvə silahını tamamilə nəzarətimizə keçirməliyik: "Xocalı hava limanını bütövlükdə nəzarətimizə götürməliyik. Daha sonra 10 mindən artıq olan əlisilahlı quldurları tərkisilah etməliyik. Çünki vaxtımız az qalıb. Bu sarıqulaqların vaxtlarının bitməyinə az qalıb.  Onların birdəfəlik çıxıb getməkləri üçün mühiti formalaşdırmalıyıq".

Ekspert hesab edir ki, əməliyyat aparılarkən Rusiyadan çəkinməyə ehtiyac yoxdur: "Rusiya çox da bu konfrantasiyaya girə bilməyəcək. Çünki istəməz ki, Ukrayna səviyyəsində böyüsün bu məsələlər. Sadəcə olaraq vəziyyəti gərgin saxlamaq, nəzarəti özündə saxlamaq istəyir. 2 ildən sonra Azərbaycan deyəcək ki, yığışın çıxın gedin burdan. Məsələni uzatmaq istəyir, bu isə olmayacaq, mümkün deyil. Onlar özlərini doğrultmadılar, öhdəliklərinə düşən işləri bacarmadılar. Biz öz işimizlə məşğul olmalıyıq. Ukraynanı gözləməyə ehtiyac yoxdur. Ukraynada bəlkə 5-10 il uzanacaq bu məsələlər. Biz müharibənin vəziyyətini, situasiyanın dəyişilməsini niyə oturub gözləməliyik? Biz öz işimizi görməliyik".

Ayna Fərhad,

Sitat.info



Xəbər xətti