"Çoxqütblü dünya fonunda hələ ki, Qərb və Rusiya qarşıdurması gedir. Bu qarşıdurmada özünü qərbpərəst kimi dünyaya təqdim edən Paşinyan əslində Rusiyanın əlinə oynayır. Bu siyasəti qumara bənzətsək o, Rusiyanın əlini düzəldir, onun qalib gəlməsində ciddi şəkildə rol oynayır. Özü də bundan bəhrələnir".
Bu sözləri Sitat.info-ya açıqlamasında Ümid Partiyası sədrinin müavini Bakir Həsənbəyli deyib.
Onun sözlərinə görə, Ermənistanın bununla həm iqtisadiyyatı qazanır, həm də büdcəsi artır: "Nəzərə almaq lazımdır ki, Ermənistan Tayvan deyil. Yarımkeçiricilərin 90%-i Tayvanda istehsal olunur. Ermənistanda bu iqtisadiyyat, sənaye yoxdur. Ermənistanın büdcəsini bu qədər artırmağa heç bir imkanı olmadığı halda fantaksik artımların səbəbi nədir? Axı biz iddia edirdik ki, onların hərb sənayesinin 60%-ni məhv etmişik. Müharibədən sonra ümumilikdə 378 milyon dollara yaxın Qarabağdakı seperatçılara vəsait ayırıb".
Bakir Həsənbəyli qeyd edib ki, əgər statistikaya baxsaq görərik ki, 2022-ci ilin yanvarın 1-dən 27-nə qədər Rus sülhməramlıları Xankəndidə olan ermənilərə 25 dəfə yardım gətiriblər. 27 gündə 25 dəfə. Demək olar ki hər gün yardım gedib.
Kənan
Sitat.info