"Moskva görüşlərində müsbətə doğru dəyişiklik olacağını düşünmürəm. Burada daha çox Rusiya öz mövqeyini ortaya qoyacaq. Ən vacib məsələlərdən biri, Rusiya sülhməramlılarının yenə də orada qalması və Ermənistan qarşısında sülhməramlıların beynəlxalq qüvvələrlə dəyişilmə məsələsinə birdəfəlik son qoymaqdır. Ermənistan buna iddialıdır".
Bu sözləri Sitat.info-ya açıqlamasında hərbi ekspert Telman Qasımov deyib.
O bildirib ki, Rusiya həm də kommunikasiyalat üzərində nəzarəti itirmək ehtimalından narahatdır: "Qərb yenidən Zəngəzur dəhlizi, yolların, kommunikasiyaların açılması məsələsində birbaşa nəzarəti öz üzərinə götürmək istəyir. Bütövlükdə Zəngəzur dəhlizinin açılmasını, Mehri-Qafan-Naxçıvan dəmir yolunun açılmasını beynəlxalq təşkilatlara həvalə etmək istəyirlər.
Bu da o deməkdir ki, Rusiyanı tamamilə beynəlxalq yol nəqliyat lahiyələrindən uzaqlaşdırmaq istəyirlər".
T. Qasımov əlavə edib ki, son proseslər Rusiyanı qane etmir: "Ermənistanda baş verən son hadisələr də onu göstərir ki , əsas ritorika Rusiya sülhməramlılarının buranı tərk getmələridir. Ya da Həkəri çayının üzərində qurulmuş Azərbaycan postları birdəfəlik Rusiyanın səlahiyyətinə verilməlidir, onlar həmin postu nəzarətə götürməlidirlər. Bir sıra məsələlər var ki, Ermənistan tamamilə narazıdır. Rusiya sülhməramlılarından və Qarabağdakı son hadisələrdən narazıdırlar. Samvel Babayanın mintiqində biz bunu müşahidə etdik. Şüarları bu oldu ki, "Rusiya çıx get, Qərb gəlib səni əvəz etsin". Bu tipli şüarlar onu göstərir ki, Rusiya həqiqətən narahat olmağa başlayıb".
Ayna Fərhad
Sitat.info