Suriya prezidenti Bəşər Əsəd 12 ildən sonra "Ərəb Liqası"nın Sammitində iştirak etmək üçün dünən axşam Səudiyyə Ərəbistanının Ciddə şəhərinə gəlib.
Sitat.info xəbər verir ki, Suriya prezidenti Bəşər Əsəd 2011-ci ildə ölkədə baş verən daxili qarşıdurmalardan sonra Ərəb Dövlətləri Liqasının Zirvə Toplantısına qatılmayıb və bu il ilk dəfə 32-ci sammitə dəvət olunub. Əsəd dünən axşam sammitə ev sahibliyi edən Səudiyyə Ərəbistanının Ciddə şəhərinə gəlib.
Seymur Bənnayev
Sitat.info