Rusiya BCM-nin baş prokuroru Xanın axtarışına order verib

22:09 19 May 2023

Rusiya Daxili İşlər Nazirliyi Rusiya prezidenti Vladimir Putinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) baş prokuroru Kərim Xanın axtarışına order verib.

Sitat.info xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin saytında yer alan məlumata görə, Xan Rusiya Cinayət Məcəlləsinə uyğun olaraq axtarışda olanlar siyahısına əlavə edilib.

Qeyd edək ki, Rusiya İstintaq Komitəsi mart ayında Putinin həbsinə order verən Xana qarşı cinayət işi açıb.

Kənan

Sitat.info



Xəbər xətti