Ukrayna: "Baxmut istiqamətində ordumuzun əks-hücum əməliyyatları davam edir"

22:12 19 May 2023

Ukrayna Quru Qoşunlarının komandanı Aleksandr Sirski bildirib ki, Ukrayna müdafiə qüvvələrinin Baxmut istiqamətində əks-hücum hərəkətləri davam edir.

Sitat.info xəbər verir ki, Sirski sosial media hesabında Ukrayna qoşunlarının döyüş meydanından çəkdiyi görüntüləri paylaşıb.

Görüntülərdə ukraynalı əsgərlərin Rusiya mövqelərinə atəş açaraq irəlilədiyi görünür.

Ukrayna ordusunun 3-cü və 10-cu hücum briqadalarının Baxmut istiqamətindəki işlərinin kameralara düşdüyünə diqqət çəkən Sirski: "Müdafiə güclərimizin Baxmut istiqamətində əks-hücum hərəkətləri davam edir", - deyə qeyd edib.

Sirski iddia edib ki, ukraynalı əsgərlər rus qüvvələrini mövqelərindən geri itələyib və strateji mövqelər əldə edib.

Seymur Bənnayev

​​​​​​Sitat.info

 



Xəbər xətti