ABŞ və müttəfiqləri "F-16" döyüş təyyarələrini Ukraynaya təhvil verməyi planlaşdırır

22:19 19 May 2023

ABŞ müttəfiqləri ilə birlikdə Ukraynanı "F-16" qırıcıları ilə təchiz etməyi planlaşdırır, lakin bu, Ukraynanın əks-hücumundan sonra baş verəcək. Yekun qərar bir neçə aydan sonra veriləcək.

Sitat.info xəbər verir ki, bu barədə Co Bayden administrasiyasının yüksək səviyyəli rəsmisi anonimlik şərti ilə "NBC News"a danışıb.

“Yaxın aylarda ABŞ və müttəfiqləri nə vaxt təyyarə verəcəyimizə, nə qədər təmin edəcəyimizə və onları kimin təmin edəcəyinə qərar verəcəklər”, - deyə rəsmi bildirib.

Onun sözlərinə görə, ukraynalı pilotlar yaxın həftələrdə "F-16" təlimlərinə başlaya bilərlər. Təlimlər bir neçə ay davam edəcək.

 

Ayna

Sitat.info



Xəbər xətti