Rusiya və Ukrayna rəhbərliyi arasında danışıqlara ehtiyac yoxdur.
Sitat.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
Medvedev "Teleqram" kanalında Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin Moskva ilə Kiyev arasında bərabərhüquqlu danışıqları nəzərdə tutan hər hansı sülh təşəbbüslərinin tanınması ilə bağlı bəyanatına diqqət çəkib. O, qeyd edib ki, danışıqlar yalnız Kiyev rejiminin sahibləri ilə, yəni Vaşinqtonla aparıla bilər, çünki "sadəcə başqa həmsöhbətlər yoxdur".
Eyni zamanda, danışıqlar yalnız müharibədən sonrakı dünya nizamının şərtləri əsasında aparılmalıdır, lakin bu barədə danışmaq hələ tezdir. “Ona görə də hazırda heç bir danışıqlara ehtiyac yoxdur”, - deyə Təhlükəsizlik Şurasının sədr müavini yekunlaşdırıb.