Zaporojya Atom Elektrik Stansiyası gözləmə rejiminə keçib

11:00 22 May 2023

Regionun Moskvanın nəzarətində olan hissəsinin rəsmisi Vladimir Roqovun sözlərinə görə, Zaporojya AES ehtiyat və qəza enerjisi mənbəyinə çevrilib.

Sitat.info-nun məlumatına görə, Vladimir Roqov bildirib ki, Ukrayna nəzarət etdiyi elektrik xəttini kəsdikdən sonra stansiya xarici enerji təchizatından tamamilə ayrılıb.

Ukraynadan hələlik xəbər yoxdur, lakin Ukraynanın Zaporojye Şəhər Şurasının katibi Anatoli Kurtev bildirib ki, bazar ertəsi səhər tezdən şəhərin elektrik enerjisinin bərpası üçün iş gedir.

"Zaporojyada enerji obyektlərindən birində fövqəladə vəziyyətə görə (enerji) qismən kəsilib", - Kurtev Telegram səhifəsində məlumat verib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti