Afrika ölkəsi Sudanda 2021-ci il çevrilişindən sonra hakimiyyətə gələn Ordu ilə yarımhərbi Çevik Dəstək Qüvvələri (ÇDQ) arasında baş verən qarşıdurmalar 15 apreldən bu günə hələ də davam edir.
Sitat.info xəbər verir ki, ABŞ və Səudiyyə Ərəbistanının təşəbbüsü ilə Ciddədə ikinci dəfə bir araya gələn və 7 günlük atəşkəsə razılaşan tərəflər, silahların susduğu son ana qədər rəqabətə davam etdilər. Bu gün axşam saatlarında başlayacaq atəşkəsdən əvvəl Sudan ordusunun döyüş təyyarələri HDK-nın paytaxt Xartumdakı mövqelərini hədəfə alıb. Paytaxtda da artilleriya səsləri eşidilib. Bir qrup ÇDQ üzvü Qətər səfirliyini qarət ediblər. Birləşmiş Ştatlar və Səudiyyə Ərəbistanı birgə bəyanatda tərəflərin atəşkəs qüvvəyə minməmişdən əvvəl "yerdə hərbi üstünlük əldə etməməyi öhdəsinə götürdüklərini" xatırladıblar. Bəyanatda vurğulanıb ki, bu dəfə atəşkəsə əvvəlkilərdən fərqli olaraq beynəlxalq monitorinq mexanizmi nəzarət edəcək.
Seymur Bənnayev
Sitat.info