Ukrayna: Rusiyanın Su-35 təyyarəsi Xerson vilayətində ərazi sularına düşüb

12:16 22 May 2023

Ukrayna Baş Qərargahı ötən gün Rusiyanın "Su-35" təyyarəsinin ölkənin Xerson vilayətinin ərazi sularına düşdüyü barədə məlumat yayıb.

Sitat.info xəbər verir ki, Prezidentliyin sosial media hesabından edilən açıqlamaya görə, Rusiya dünən axşam saatlarında Ukraynanın Dnepr şəhərindəki hərbi və infrastruktur obyektlərinə pilotsuz uçuş aparatı (PUA) və raket hücumu həyata keçirib.

Açıqlamada hücumların müxtəlif tipli 16 raket və 20 "Şəhid-136/131" PUA ilə həyata keçirildiyi, 4 qanadlı raket və PUA-nın hamısının məhv edildiyi bildirilib.

Bəyanatda həmçinin deyilir: “Günün sonunda Rusiyaya məxsus "Su-35" təyyarəsi Xerson bölgəsində Ukrayna ərazi sularına düşüb. Təyyarə qəzasının səbəbləri araşdırılır”.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti