Əhməd Obalı və oğluna kim hücum edib ? -  Sərdar Cəlaloğludan açıqlama 

15:31 22 May 2023

Ötən gün Günaz.TV-nin rəhbəri Əhməd Obalı və oğlu ABŞ-da qaldıqları otelde ölümcül döyülüb.
Məlumata görə, ona sui-qəsdə cəhd edənlər Obalının boynunu qırmaq istəyib.
Bəs, bu hadisəni kim və niyə törədib?
Məsələ ilə bağlı Sitat.info-ya açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu hadisənin arxasında İran tərəfdarlarının durduğunu deyib:
"Əhməd Obalıya qarşı hücumu ermənilər yox, İran tərəfdarları təşkil edib. Çünki, o, Azərbaycana gələndən sonra burada bəzi çıxışlar edib, sonra Amerikaya qayıdıb. Orada da belə hadisə baş verib. Yüzdəyüz İran tərəfdarlarının işidir".

S.Cəlaloğlu deyib ki, bu suala daha dəqiq cavabı  istintaq  verəcək: " Kimin bu cinayəti törətməyindən asılı olmayaraq, çıxan nəticə budur ki, Amerikada insanlarımızın azad və hürr yaşaması üçün düşündüyümüz qədər də  təminat yoxdur. Kim kimi istəsə döyür, öldürür və sairə".

Məğrur,

Sitat.info



Xəbər xətti