İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilindəki Nablus şəhərində 3 fələstinlini öldürməsindən sonra İslam Əməkdaşlıq Təşkilatı beynəlxalq ictimaiyyətə "müdaxilə" çağırışı edib.
Sitat.info xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatından (İƏT) verilən açıqlamada İsrail qüvvələrinin Nablusda 3 fələstinlinin öldürülməsi şiddətlə pislənilib.
İsrailin Fələstin xalqına qarşı cinayətlərinin açıq şəkildə beynəlxalq hüququn pozulması olduğu vurğulanan bəyanatda gərginliyin artmasının nəticələrinə görə tamamilə İsrail hökumətinin məsuliyyət daşıdığı vurğulanıb.
Bəyanatda beynəlxalq ictimaiyyətdən İsrailin pozuntularını dayandırmaq üçün müdaxilə tələb edilib.
Fələstin Səhiyyə Nazirliyi, İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilində Nablusun şərqindəki "Balata Qaçqınlar Düşərgəsinə" təşkil etdiyi basqında 3 fələstinlinin öldüyünü, 1-i ağır olmaqla 6 nəfərin yaralandığını açıqlayıb.
Seymur Bənnayev
Sitat.info