"Əgər Krımda hərbi əməliyyatlar başlasa və bir anlıq düşünək ki, Krım azad olunsa, bu müharibədə bir dönüş olar. Hətta müharibənin sonu da olar. O halda Putinə qarşı iç hərəkətlənmə ehtimalı var".
Bu sözləri Sitat.info-ya açıqlamasında AXP sədri Pənah Hüseyn deyib.
O bildirib ki, rus cəmiyyətində Putinə qarşı hər hansı aksiya əhval-ruhiyyəsi yoxdur:
"Bir daha göründü ki, Putin müxalifəti məhv edib, yarısı xaricə qaçıblar, xeyli insan da həbsdədir. Çox ciddi repressiya yönümlü qanunlar qəbul olunub. Ümumiyyətlə, Rusiya cəmiyyətində bir şovinist əhval ruhiyyə üstün gəlir. Faktiki olarq ortada Putinə qarşı insanların iştirak edəcəyi aksiyalar yoxdur. Misal üçün, Navalninin müharibə başlamazdan öncə antikorrupsiya istiqamətində Rusiyanın 70 şəhərində təşkil etdiyi aksiyasını xatırlaya bilərik. Ancaq indi tam bir səssizlikdir, hətta rus cəmiyyətinin bir hissəsinin həm səssiz qalması, həm də Putinə dəstək verməsi faktını da bəziləri qeydə alınır. Bir sözlə, hər hansı etiraz əhval-ruhiyyəsi yoxdur".
Məğrur,
Sitat.info