Rusiyalı hərbçilər Ukraynada daha bir meri qaçırdılar

23:30 17 Mart 2022

Rusiyalı hərbçilər martın 17-də Veliko Burluk icmasının meri Viktor Tereşşenkonu girov götürüblər.

SİTAT.İNFO Sfera.az-a istinadən xəbər verir ki, bu barədə Xarkov Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbov Teleqram kanalında məlumat verib.

Onun sözlərinə görə, Tereşenko iş yerindən qaçırılıb. "Ruslar müharibədə uduzur. Zəifliklərinə görə dinc əhaliyə qarşı cinayətlər törədirlər. Bu, biabırçı cinayətdir”, - Sinequbov deyib.

O qeyd edib ki, işğalçıların təzyiqləri hakimiyyətin fəaliyyətinə təsir etməyəcək, onlar Xarkov vilayətinin icmalarının mülki əhalisini, o cümlədən Veliko Burluk icmasını qorumaq üçün hər şeyi edəcəklər.



Xəbər xətti