Xəzər rayonu, Binə qəsəbəsi, "Bolluq massivi" adlanan ərazinin sakinləri susuzluqdan əziyyət çəkir.
Sakinlər problemlərinin işıqlandırılması üçün sitat.info-ya müraciət ünvanlayıblar.
Əməkdaşınız adıçəkilən ərazidə olub, onların gileyini dinləyib.
Söhbət zamanı aydın oldu ki, adıçəkilən ərazidə təxminən 1000-ə yaxın ailə yaşayır. Onlar öz vəsaitləri hesabına su xətti çəkiblər. Lakin təzyiq az olduğundan su əraziyə çatmır.
Sakinlər yay aylarında suyu pulla alırlar. Bir su maşının qiyməti 60 manatdır. İsti aylarda isə minimum iki maşın su istifadə olunur.
Sakinlər problemlə bağlı dəfələrlə "Azərsu" ASC-yə məlumat veriblər.
Məsələ ilə bağlı "Azərsu" ASC-nin mətubat katibi Anar Cəbrayıllı illə əlaqə saxladıq.
A.Cəbrayıllı problemin səbəbini belə izah etdi: "Bu ərazilər primitiv şəbəkələr olduğu üçün problemlər yaranır. Kiçik-kiçik xətlər təzyiqin yaranmasına mane yaradır. Hazırda texniki işlər aparılır. Bu istiqamətdə suyu yönəltdik ki, su mənzilə çatsın".
Sitat.info - videomaterialı təqdim edir:
Səid,
Sitat.info