"Nazir Sahil Babayev ötən ilin sonunda bildirdi ki, 190 min şəxsin əlilliyi ləğv edilib. Olsun, çünki qeyri-qanuni əlilliyi olanlar da var. Halbuki, Azərbaycan əhalisinin 11,5 faizi pensiya və müavinətlər alır. Amma bu rəqəm Rusiyada 28 faizdir. Bu gün büdcədən həmin vəsaiti alanlar Ukraynada 26 faizdir, bizdən qat-qat pis vəziyyətdə olan Maldovada 26 faizdir. Bu bu rəqəm bizə düşmən olan Ermənistanda 16 faizdir. Ən aşağı bizdədir. Baxmayaraq ki, 2 müharibədən keçmişik".
Bu sözləri Sitat.info-ya açıqlamasında hərbi ekspert Tərlan Eyvazov deyib.
O bildirib ki, Ukraynada olduğu kimi, bizdə də müharibələr bizim ərazimizdə olub, tək hərbçilər yox mülki şəxslər də həlak olub. Ona görə müharibələrdə bizim 20 min hərbçi və mülki şəxslərimiz həlak olub. Bu rəqəmlər havadan götürülməyib. Bu sizin nazirliyin saytından götürülüb, cənab Sahil Babayev. Və bütün bunları müqayisə edəndə, siz necə olur ki, Azərbaycan xalqına bu cür münasibət bəsləyirsiniz? Onun əlilinə, qazisinə bu cür münasibət bəsləyirsiniz? Nə ediblər ki, onlar? Qalib ediblər də sizi. Belə olmaz! Bunlara son qoyulmalıdır".
Ekspert bildirib ki, minlərlə insanın hüquqları pozulur: "Orada Mərkəzi Komissiya var və bütün əlillər oradakı komissiyadan keçməlidir. Bu çox maraqlıdır, çünki özü deyir ki 190 min şəxsin əlilliyi kəsilib. Əlillərin ümumilikdə sayı 365 min nəfərdir. Bunu nəzərə alsaq, sən 190 min şəxsi necə bu qədər tez zamanda yoxlamısan? Buna kim inanar? Bu hansı üsulla yoxlanılıb? Deyim də hansı üsulla. Kompüteri açıb hamısına yox cavabları verib və dayandırıblar. Mənim öz döyüş yoldaşlarım var. 61 yaşında əlilliyi ləğv olunub. Siz bütün verilən əlillikləri şübhə altına alırsınız. Mərkəzə gəl, ora gəl, bura gəl -bu da əlillərin özünə qəsd etməsinə gətirib çıxarır".
Səid İsaoğlu,
Sitat.info