Rizvan Hüseynov: "İnformasiya müharibəsi real müharibədən daha təhlükəli və effektivdir"

21:43 24 May 2023

"Rusiya-Ukrayna müharibəsində Rusiyanın öz maraqları var. Sözsüz ki, Rusiya üçün əlverişlidir ki, Belqrada olan hücumları əsas rəhbər tutaraq həm bütöv səfərbərlik elan olunsun, həm ölkə ordusu hansı ki, bu günə kimi Ukraynaya qarşı həmin ordudan istifadə olunmayıb onu tam gücü ilə istifadə etsin, həm də ideoloji cəbhədə Rus xalqı üçün bu bir dəlil olacaq ki, hakimiyyət ətrafında toplaşmaq lazımdır, ölkəyə üçün təhlükə var".

Bu sözləri Sitat.info-ya açıqlamasında siyasi şərhçi Rizvan Hüseynov deyib. 

Onun sözlərinə görə, bir ildən çoxdur ki, Ukraynaya qarşı hücum Rus xalqı tərəfindən birmənalı qarşılanmır: "Heç güclü dəstək də yoxdur. Əksər xalq nümayəndələri də Rusiyanı qəsbkar kimi görür və müharibədə fəal iştirak etmir. 

Belqrada və Varonej-Rostov istiqamətində olan hücumları hesab edirəm ki, Ukrayna ordusu etməyib. Ya da Rusiya Xüsusi Xidmət Orqanlarının dəstələri edib".

R. Hüseynov açıqlamasında deyib: "Fakt odur ki, bu, xalqın səfərbərliyi və hakimiyyət ətrafında birləşmək üçün çox yaxşı bir vasitədir.

Ukrayna tərəfi isə iddia edir ki, bu hücumları Ruslardan ibarət legionerlər edib, Ukrayna ordusu buna dəstək vermir. Hər halda, yaxın zamanlarda biz başa düşəcəyik ki, Rusiya ərazisində baş verən hadisələr Kremlə fayda verəcək, yoxsa Ukraynaya".

O qeyd edib ki, bu bir tərəfdən Rusiya üçün xeyirli olsa da, digər tərəfdən Rus xalqı üçün bir zərbədir: "Çünki belə çıxır ki, Rusiya öz ərazisini qoruya bilmir və Rus xalqının beyninə də bu ideyanı salırlar. 

Mən bu hücumlara İnformasiya müharibəsinin bir elementi kimi baxıram və müasir dönəmdə informasiya müharibəsi real müharibədən daha təhlükəli və effektivdir".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti