Parlamentin sədr müavini Adil Əliyev Qars və İqdırda olub

22:03 24 May 2023

Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti 22-23 may tarixlərində Türkiyənin İqdır və Qars vilayətlərinə səfər edib.


Bu barədə sitat.info-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.


Nümayəndə heyətinin tərkibinə Milli Məclisin və Ali Məclisin deputatları, şəhid atası və Vətən Müharibəsi qazisi daxildir.


Nümayəndə heyəti səfər bitdikdən sonra Naxçıvan Muxtar Respublikasının Şərur rayonuna gəlib. Onlar şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri ilə birlikdə Şərur rayonunda Şəhidlər Xiyabanını ziyarət edib, qəhrəmanlarımızı anıblar. Vətən uğrunda ən şirin nemət olan canlarını qurban verən qəhrəmanlarımız bizə möhtəşəm qələbə bəxş etdilər.


Adil Əliyev bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusunun 44 gün davam edən Zəfər yürüşü nəticəsində tarixi torpaqlarımız düşmən işğalından birdəfəlik azad olunub, Vətən torpağında Azərbaycan bayrağı məğrurluqla dalğalanır.


O, deyib ki, qardaş ölkəyə səfərdə bir daha qazandığımız tarixi qələbə ilə bütün Türk dünyasının fəxr etdiyinə əmin olub və bu Qələbəyə görə məhz şəhidlərimizə borcluyuq.




Xəbər xətti