Paşinyanı "Qarabağ Azərbaycandır!" deməyə görün kim məcbur edib - Qabil Hüseynli AÇIQLADI...

17:55 25 May 2023

Mühüm bir məlumatı açıqlamaq istəyirəm. Paşinyanı "Qarabağ Azərbaycandır" sözünü deməyə məcbur edən kim idi? Rusiya yox, Fransa yox, Böyük Britaniyanın müəyyən xidməti var, ancaq məcbur edən ABŞ oldu. ABŞ Paşinyanı məcbur etdi ki, Azərbaycanın ərazi bütövlüyünü tanısın. Ardınca məcbur etdi ki, desin "Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir". 

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq, professor Qabil Hüseynli deyib. 

O bildirib ki, Nikol Paşinyanın bu açıqlamasından sonra Ermənistanda revanşistlər, özəlliklə də Qarabağ klanı üsyan püskürür: "Nikol bu sözləri deyib. Bu təqdir edilməli bir mövqedir".

Bəs ABŞ-ın bu məsələdə marağı nədir?

Politoloq əlavə edib ki, ABŞ-ın qlobal planlarında  Rusiyanı hissələrə parçalayıb müxtəlif əyalət dövlətlərinə çevirmək var: "Onların mövqeyi budur ki, Rusiya həddindən artıq böyükdür və bu böyük ərazilərdə demokratikləşmə və insan haqları siyasətini həyata keçirmək mümkün deyil. Bu böyük ərazilər yalnız totalitar üsullarla idarə oluna bilər. Ona görə də Rusiya müəyyən qədər kiçildilməlidir. Deyirlər ki, Rusiya Ural dağlarına qədər ərazini əhatə etsə yetərlidir. Ural dağlarının bu üzü türk tayfalarıdır, Tatarıstan, Başqırdıstan, Çuvaşiyadır. Tatarıstan müstəqilliyi elan etməyə  1 nömrəli namizəddir". 

Q.Hüseynlinin sözlərinə görə, Qərbin planı Rusiyanın bölünməsi, kiçilməsi, imperiya ambisiyalarından vaz keçməsi, qonşularla dinc yaşayan ölkəyə çevrilməsini nəzərdə tutur: "Rusiya milli əlamətlər üzrə kiçik dövlətlərə bölünməlidir. Ancaq bunu ehtiyatla deyirlər, çünki bölünmə prosesi vətəndaş müharibələrindən keçir". 

Nərgiz,

Sitat.info



Xəbər xətti