Hazırda Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası keçirilir.
Sitat.info xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə qonaq qismində iştirak edir.
Eyni zamanda, iclasa videokonfrans vasitəsilə Özbəkistan və Tacikistan prezidentləri də qatılıblar.
İclasda prezident İlham Əliyevlə Nikol Paşinyan arasında maraqlı dialoq yaşanıb. Söz alan Paşinyan Azərbaycanın Laçın dəhlizini qanunsuz olaraq bağladığını iddia edib və yaranan vəziyyətdən gileylənib.
Prezident İlham Əliyev dərhal müdaxilə edərək, Paşinyanın layiqli cavabını verib. İ.Əliyev deyib ki, Azərbaycan heç bir dəhlizi bağlamayıb. Söhbət Laçın -Xankəndi yolundan gedirsə, o açıqdır. Laçın postunda isə heç bir maneə yoxdur.
Təqribən 10 dəqiqə gərgin mübahisə zəminində keçib.
Sitat.info həmin videoparçanı təqdim edir:
Səid,
Sitat.info