Bakıda vəkilin avtomobilinə HÜCUM: Sənədləri və mantiyası oğurlandı - VİDEO

10:15 18 Mart 2022

Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Nizami Əliyevin avtomobilinə hücum edilib.

Sitat.info xəbər verir ki, N.Əliyev e-huquq.az-a açıqlamasında bildirib ki, avtomobilinin şüşəsini sındırıblar, sənədləri götürüblər: "Hadisə Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində baş verib. Mənə məxsus "Mercedes" markalı avtomobilə hücum edilib, vəkil mantiyamı oğurlayıblar. Avtomobilə ciddi ziyan dəyib. Hadisə ilə bağlı polisə və Vəkillər Kollegiyasına məlumat vermişəm".

Vəkil qeyd edib ki, həmin ərazidə olan qonşusuna məxsus avtomobilin də şüşəsini sındırıb, oğurluq ediblər.

Hadisə yerindən videoçəkilişi təqdim edirik: 



Xəbər xətti