"Türkiyə seçkilərində əhəmiyyətli bir hadisə müşahidə etdim. Kılıncdaroğlu komandası 2-ci Tura start veriləndən sonra, bir neçə gün ərzində çox ciddi bir səhvə yol verdi".
Bu sözləri Sitat.info-ya açıqlamasında AXP sədri Pənah Hüseyn deyib.
AXP sədrinin sözlərinə görə, onlar yərtib etdilər ki, Sinan Oğanın seçiciləri kimə səs verəcək: "Belə görünür ki, onlarda belə bir əminlik var imiş ki, Sinan Oğan Kılıçdaroğlunu dəstəkləyəcək. 3-4 gün ərzində 2-ci tur konpaniyası bunun üzərində quruldu".
P. Hüseyn qeyd edib ki, Ərdoğanın komandasının yüksək səs toplaması ilə onların 3-4 günlük konpaniyası uğursuzluğa düçar oldu: "Birdən-birə yarı yolda 2 həftəlik konpaniyanı dəyişmək çətinliklərə səbəb olur. Bu, onlara əlavə bir üstünlük qazandırdı və onların uğurunu daha da artırdı. Dünya ağlı ilə insan olaraq düşünsək bu dediklərimizi yekunlaşdırsaq hətta möcüzə şəkildə olsa belə inanmıram ki, Rəcəb Taib Ərdoğan yox, Kamal Kılıçdaroğlu seçkilərdə qalib olsun. Bu məsələdə mənim mövqeyimi əlbəttə ki, əvvəldən aydındır. Seçkilərin ilk növbədə Türkiyə-Azərbaycan üçün daha sonra bütün dünyamız üçün xeyirli olmasını arzu edirəm.
Ayna Fərhad.
Sitat.info