Dolların kursu necə dəyişəcək?

13:39 26 May 2023

"ABŞ-da borc böhranı davam etsə də Ağ Ev ilə qanunverici orqanın ilkin razılıq əldə etməsi ilə bağlı mesajlar gəlməkdədir. Belə ki, ABŞ Prezidenti ilə Respublikaçı konqres Kevin McCarthynin hökumətin 31.4 trilyon dollarıq borc tavanının növbəti 2 il üçün uzadılması ilə bağlı razılığa yaxın olduğu bildirilir. 23.32 tirlyon dollarlıq nominal ÜDM ilə ABŞ dünyanın əsas iqtisadi gücü olaraq qalmaqdadır. Bu baxımdan Birləşmiş Ştatlardakı borc problem qlobal iqtisadiyyata ciddi təsir göstərirdi. Doğrudur, dolların səbət valyutalara nisbətən məzənnəsində eniş müşahidə olunmurdu. Əksinə, dollar Avropa puluna nisbətən son həftə möhkəmlənmişdi".

Bu sözləri Sitat.info-ya açıqlamasında deputat, iqtisadçı alim Vüqar Bayramov deyib. 

O bildirib ki, borc razılığının əldə edilməsi dolların əsas valyutalara nisbətən yenidən güclənməsinə səbəb ola bilər: "Amma hələlik səbət valyutaların kurslarında ciddi volatillik gözlənilmir. Bununla belə, borc razılığı qlobal iqtisadiyyat üçün də yeni imkanlar yaradacaq".

Nərgiz,

Sitat.info



Xəbər xətti