Çində koronavirusa yoluxmalar kəskin artıb: Pandemiya qayıdır?

08:30 18 Mart 2022

Çində son sutkada koronavirusa 2461 yoluxma qeydə alınıb. APA -nın xəbərinə görə, bu barədə Çin Səhiyyə Komissarlığı məlumat yayıb.

Qeyd olunur ki, yoluxanların 1900 nəfərdən çoxu simptomsuz xəstələrdir. Statistikaya görə, yoluxanlardan 73 nəfəri xaricdən gələnlərdir. Ən ciddi vəziyyət Tsilin və Quandun əyalətlərindədir.

Statistikaya görə, Çində indiyədək 126 minədək insan koronavirusa yoluxub, 4636 nəfər ölüb.



Xəbər xətti