Daha bir bank bağlanır?

16:33 26 May 2023

"Azərbaycan Mərkəzi Bankı (AMB) İran Milli Bankının Bakı filialının (“Bank Melli İran-Baku”) fəaliyyətini məhdudlaşdırıb. Tənzimləyici qurum kredit təşkilatına məktub göndərib və hesabdan pul götürmək istisna olmaqla bütün bank əməliyyatlarının (depozit qəbulu, kredit verilməsi və s.) dayandırılmasını tələb edib.

Bu ilin əvvəlinə bu bankın aktivlərinin həcmi 97 milyon 617 min manat olub. 2022-ci ildə İranın Azərbaycana qarşı təhdiddlərini davam etdirməsinə və Ermənistan ilə əlaqələrini genişləndirməsinə rəğmən “Bank Melli İran-Baku” ötən il ölkəmizdəki akitvlərinin dəyərini 9 milyon 607 min manat artıra bilib".

Sitat.info xəbər verir ki, bu sözləri deputat , iqtisadçı alim Vüqar Bayramov deyib. 

O bildirib ki, bu ilin əvvəlinə bankın müştəri hesablarında 8 milyon 904 min manat vəsait olub: "Başqa banklar qarşısındakı öhdəlikləri isə 10 milyon 545 min manata çoxalaraq 33 milyon 513 min manata çatıb. Bankın nizamnamə kapitalı həmin tarixə 73 milyon 611 min manat qeydə alınıb.

Azərbaycan Mərkəzi Bankının qərarı sözügedən bankda vəsaiti olan vətəndaşlaırmıza dəyə biləcək potensial ziyanın qarşısını almaq məqsədi daşıyır. Bu baxımdan, doğru qərardır və təqdirəlayiqdir. Bununla yanaşı, rəqəmlər də göstərir ki, bu addım daha əvvəl- ən geci 2022-ci ildə atılmalı idi. Qeyd edək ki, həmin bank Azərbaycanda 1993-cü ildə qeydiyyatdan keçib".

Ayna Fərhad,

Sitat.info



Xəbər xətti