Yeniyetmə məktub yazıb lüks avtomobillə evdən qaçdı, dəhşətli qəzada öldü FOTOLAR

11:26 18 Mart 2022

Ankarada lüks avtomobili idarə edən 17 yaşlı Saltuk Buğrahan Dəmir avtomobil qəzasında həyatını itirib.

Dəmirin intihar məktubu qoyaraq evdən qaçdığı iddia edilib.SİTAT.İNFO Milli.Az-a istinadən xəbər verir ki, avtomobil həddindən artıq sürətlə orta refüje çırpılıb. Zərbənin təsiri ilə lüks avtomobilin mühərriki 200 metr irəli atılıb və avtomobil tanınmaz hala düşüb.

Qəzada dünyasını dəyişən 17 yaşlının sürücülük vəsiqəsinin olmadığı və ailəsinə intihar kağızı qoyaraq lüks avtomobillə evdən qaçdığı iddia edilib. Bir müddət əvvəl atasının rəhmətə getdiyini öyrənən gəncin istifadə etdiyi avtomobilin reklam agentliyinin qeydiyyatında olduğu ortaya çıxıb.



Xəbər xətti