"ABŞ Federal Ehtiyat Sisteminin (FED) baza faiz dərəcəsini 25 baza bəndi artıraraq illik 0,25-0,5%-ə çatdırmasından sonra digər aparıcı ölkələrdə də uçot stavkası dəyişdirilməkdir. Qeyd edək ki, FED-in əvvəlki faiz artımı 2018-ci ilin dekabrında olub və o vaxtdan bəri baza faiz dərəcəsi yalnız azalıb.
ABŞ-dakı qərardan sonra İngiltərə Bankı da uçot dərəcəsinin 0.5 faizdən 0.75 faizədək artırıb. Rusiya-Ukrayna müharibəsi səbəbindən Böyük Britaniyada inflyasiya səviyyəsinin yayadək 8 faizədək yüksələcəyi gözlənilir".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında iqtisadçı alim, deputat Vüqar Bayramov deyib.
O bildirib ki, Avropa Mərkəzi Bankı uçot stavkasının artırılmasına tələsməsə belə, avrozonada aylıq inflyasiya səviyyəsi ötən ay 5.9 fazədək yüksəlib: "Bununla belə, ekspertlər avrozonada da uçot dərəcəsinin tezliklə dəyişdiriləcəyini istisna etmirlər.
Bu arada FED-in son qərarı dolların məzənnəsinin əksər səbət valyutalarına nisbətən yüksəldib. Rusiya-Ukrayna müharibəsi region ölkələrinin valyutalarına da təsirsiz ötüşməyib.
Görünən odur ki, 2022-ci il əskər ölkələr üçün inflyasiyanı tənzimləmək və milli valyutaları qorumaq baxımdan heç də asan olmayacaq. Rusiya-Ukrayna müharibəsi hələ çox dəngələri dəyişəcək".
V.Bayramov Azərbaycan Mərkəzi Bankı ötən ilin avqust ayından etibarən uçot dərəcəsinin mərhələli artımını həyata keçirir: "Sözügedən müddətdə uçot stavkası 6.5 faizdən 7.5 faizdək yüksəlib. Sonuncu dəfə dərəcə artımı bu il yanvarın 28-də qeydə alınıb.
Bununla belə, Azərbaycan Mərkəzi Bankı Ukraynada müharibə başladıqdan sonra uçot dərəcəsini dəyişdirilməsi barədə qərar verməyib. Rublun kəskin ucuzlaşması, region ölkələrinin valyuta bazarında müşahidə edilən dalğalanmalar və eləcə də qlobal inflyasiya səviyyəsinin kəskin artdığı bir dövrdə Mərkəzi Bank tərəfindən də preventiv addımların gücləndirilməsi və xüsusən uçot dərəcəsi kimi alətlərdən daha intensiv istifadə edilməsi məqsədəuyğundur.