Tanınmış təhsil eksperti Kamran Əsədov məktəbli qızlar üçün müəyyən edilən yeni geyim formalarından danışıb.
SİTAT.İNFO xəbər verir ki, Nazirlər Kabineti Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri təsdiq edib.
İlk dəfə olaraq ayrıca qış geyim forması və xüsusilə qız şagirdlər üçün qış aylarında şalvar müəyyən edilib. Təhsil eksperti bildirib ki, bu çox yaxşıdır: "Amma şalvar müəyyən edildiyi halda, baş örtüyü (Hicab) qeyd olunmayıb.
Yaxşı olardı ki, məktəb formalarına uyğun ümumi dizayna uyğunlaşdırılmış baş örtüyü də qeyd olunardı".
Sosial şəbəkələrdə isə qızların ətəklərinin minimum həddinin sərbəst olması, maksimum həddinin müəyyən edilməsi müzakirə edilib. Qeyd olunub ki, hazırda əsas məsələ ətəklərin minimum həddinin diz xəttindən müəyyən edilməsi olmalı idi.