"Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra bir çox ölkə Kabillə əlaqələri kəsdi".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Talibanın Əfqanıstanda tətbiq etdiyi sərt qadağalar beynəlxalq aləmin narazılığına səbəb oldu: "Türkiyə Kabil hava limanının idarəetməsini öz boynuna götürəcəkdi, ancaq Talibanın qadınlara tətqib etdiyi qadağalar Ankaranı planlarından daşındırdı. Buna baxmayaraq, Talibanın İranla qarşıdurmaya başlaması bir sıra ölkənin əfqan mücahidələrinə yenidən marağı artırıb. ABŞ və İsrail illərdir İranı zəiflətməyə çalışır. Taliban ABŞ və İsrailin dostları siyahısında olmasa da, Əfqanıstandakı mücahidələrin İrana zərbələr endirməsi Vaşinqtonun və Tel-Əvinin maraqlarına uyğundur. ABŞ ordusu iki il əvvəl Əfqanıstanı tələsik tərk edərkən, bu ölkədə xeyli hərbi sursat və texnika qoyub getdi. Taliban indi bu silah və hərbi texnikadan İrana qarşı istifadə edir. Pentaqonun vaxtilə keçmiş düşmənlərinə qoyub getdiyi silah və hərbi texnikanın hazırda daha böyük düşməninə qarşı istifadə olunması Vaşinqtonun “dərin planının” tərkib hissəsi imiş".
Seymur Bənnayev
Sitat.info