Ukrayna PUA hücumları ilə Rusiyaya göz dağı verir - Siyasi şərhçi

15:30 1 İyun 2023

"Bir müddətdir ki, müharibə artıq Rusiya ərazisinə keçib. Əslində bu, gözlənilən idi. Müharibənin Rusiya ərazisinə keçməsi həm də Ukraynanın əks- hücumları kontekstindən qiymətləndirməlidir. 
 Moskvaya pilotsuz uçuş aparatları (PUA) ilə hücumla bağlı müxtəlif versiyalar var. Bəziləri bunu Ukraynanın işi olduğunu iddia edir. Digərləri isə bu variantı iddia edir. Onların fikrincə, PUA- ların Moskvayadək çatması mümkün deyil.  İkinci qrup ekspert iddia edir ki, Rusiya daxili ictimaiyyəti səfərbər etmək və Ukraynaya gələcək hücumlara zəmin yaratmaq üçün bu addımı atıb". 

Bu sözləri Sitat.info-ya açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib. 

O vurğulayıb ki, vəziyyətlə bağlı dəqiq məlumatımız yoxdur, ancaq böyük ehtimalla Ukraynadan idarə olunur: "Məncə, bu, daha çox Ukrayna və ABŞ - dan idarə olunan həmlədir. Əgər Rusiya ictimaiyyəti səfərbər etmək və gələcək hücumlara zəmin yaratmaq istəsə idi, onlarca insanın ölümü ilə nəticələnən partlayış törədərdi. 
Birbaşa Kremlin hədəf alınması isə diqqət çəkir. Hakimiyyət bunu etməz. Çünki bu, Kremlin rəhbəri Vladimir Putinin təhlükəsizliyinin lazımi səviyyədə təmin olunmasının təzahürüdür".

 Elə isə Ukrayna və ABŞ sözügedən hücumla nəyə nail olmaq istəyir?

K.Novruzovun fikrincə, birincisi, Ağ Ev maraqlarına uyğun olaraq müharibənin miqyasını genişləndirir və danışıqlar perspektivini sıfıra endirir: "İkincisi, Rusiya savaşın ağrısını öz daxilində hiss etməyə başlayır. Üçüncüsü, bu addımlar Rusiya daxilində hakimiyyət əleyhinə etirazları gücləndirir. Dördüncüsü, məhz Kremlin hədəf alınması ilə Ukrayna göstərir ki, onların dinc sakinlərlə işi yoxdur, rəsmi Kiyevin problemi hərbi - siyasi hakimiyyətlədir. Beşincisi, Ukrayna Rusiyaya gözdağı verir və bildirir ki, bu ölkə hətta Rusiya prezidentini hədəf ala biləcək gücə sahibdir. Bu siyahını uzatmaq da olar. Düşünürəm ki, bundan sonra da Rusiya daxilində oxşar proses baş verəcək. Bu isə savaşın miqyasını genişləndirməklə yanaşı, həm də nüvə silahının tətbiqi ehtimalını artırır".

Məğrur,

Sitat.info



Xəbər xətti