Suraxanı rayonu, "Yeni Günəşli" qəsəbəsi AB massivində yol kənarlarındakı yaşıllıqlar məhv edilir.
Sitat.info-nun əməkdaşı adıçəkilən ərazidə olub, vəziyyətlə maraqlanıb.
Bu ətrafda yüzlərlə şam ağacı var ki, bir neçə ildən sonra yəqin ki, onlar da yoxa çıxacaq.. Ağaclar məhv edilir, yaşıllıq ərazilər isə kafe və restoranlara satılır. Bu yaşıllıqların içində restoran və kafelər fəaliyyət göstərir.
Standartlara cavab verməyən, kiçik daxmalara bənzəyən kafelərin fəaliyyəti yaşıllığa zərər vurur, bu obyektklərin çirkab suları ağacların dibinəə axıdılır.
Bir sözlə ekoloji terror yaşanır.
Çəkiliş zamanı sağlam olan ağacların məhv edildiyini də gördük. Ərazi zibillik içərisində, ağaclar isə susuzluqdan məhv olur.
Görünür kimlərsə bu ağacların qurumasına maraqlıdır. Güman ki, aidiyyatı qurumlar karlı çıxmaq üçün yerini kimlərəsə satılacaq və yaxud icarəyə veriləcək.
Ətrafda yaşayan sakinlər Suraxanı Rayon İcra Hakimiyyətinin qəsəbədə bir qarış ərazini belə boş qoymadığını bildirdilər: "20 ilə yaxındır ki, Yeni Günəşlidə yaşayıram. Təsəvvür edin ki, biz bir səki tapıb, üzəri ilə gedə bilmiik. İcra hakimiyyəti zəbt edib, kafe və restoranlara, obyektlərə satıb.
Qəsəbə baxımsız qalıb, ağac qatilinə çeviriliblər sanki. Olan qalan yaşıllıqları da məhv ediblər. Onları baş düşdük, bəs Ekologiya nazirliyi hara baxır, niyə nəzarət eləmir? Elə onların özləri buna şərait yaradır. Onlardan icazəsiz bir ağacın budağını da qırmaq olmur. Baxın, bu kafelər nə qədər ekologiyaya ziyan vurur. Ağacları qəsdən qurudurlar. Buna isə aidiyyatı qurum baxmır".
Bildirək ki, Günəşli qəsəbəsində ağac kəsilməsi faktı ilə bağlı dəfələrlə mətbuatda yazılar dərc olunub.
Qarşı tərəflərin də mövqeyini dərc etməyə hazırıq.
Sitat.info AB massivində ağacların kəsildiyi ərazini və yol kənarlarındakı yaşıllığın içində fəaliyyət göstərən restoran və kafeləri görüntüləyib:
Səid,
Sitat.info