İranın Mazandaran əyalətində 4 bal gücündə zəlzələ baş verib.
APA-nın Tehran bürosunun məlumatına görə, yeraltı təkanlar Mazandaran əyalətinin Kiyasər bölgəsində qeydə alınıb. Zəlzələnin dərinliyi 8 km olub.
Hələlik dağıntı və xəsarət alanlar barədə məlumat verilməyib.