Mən dövlətimizi sülh müqaviləsindən imtina etməyə çağırıram - Tural Abbaslı

18:26 5 İyun 2023

"Paşinyanla biz ancaq sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı danışa bilərik. Sülh müqaviləsi bizə lazım deyil. Mən dövlətimizi sülh müqaviləsindən imtina etməyə çağırıram. Sərhədlərin delimitasiyası əgər 1918-1920-ci illərin xəritələrinə görə olursa olsun, olmayacaqsa biz öz ərazilərimizdən güzəşt etməli deyilik". 

Sitat.info xəbər verir ki, bu sözləri Müsavat TV-nin efirində AĞ Partiya sədri Tural Abbaslı deyib.

O bildirib ki, bu məsələdə Ermənistan Rusiyaya da arxalana bilmir: "3 gün öncə prezident də dedi ki, delimitasiya etmirsinizsə, lap yaxşı. Biz sərhədi harada qoyacağıqsa orada olacaq. O zaman biz 1918-ci ilin xəritələrini ilə yox, Türkmənçay müqaviləsi ilə götürəcəyik.  İrəvanı da tələb edə bilərik".

T.Abbaslı vurğuladı ki, Azərbaycan sərt mövqeyini ortaya qoyarsa, bu zaman Rusiya gəlib Ermənistan üçün vuruşmayacaq: " Rusiya balaca bir Baxmuta görə 20 min vaqnerçi itirib. Ermənistan artıq Rusiyadan imtina edir. Hətta Paşinyan açıqlama verib ki, bi Ukrayna məsələsində Rusiyanın müttəfiqi deyilik". 

Səid,

Sitat.info



Xəbər xətti