"Ərdoğan hakimiyyətini zəiflətmək istəyən qüvvələr lirənin dəyər itirməsindən sui-istifadə edirlər"- Sərdar Cəlaloğlu

20:05 5 İyun 2023

"Təbii ki, indki dövr Türkyənin ən müqavimətsiz dövrüdür. Çünki, hakimiyyət dəyişikliyi gedir, yeni komanda fomalaşır, yeni iqtisadi siyasətə keçid gözlənilir.  Birinci səbəb budur ki, adamlar iqtisadi siyasətin necə olduğunu proqnozlaşdıra bilmədiklərinə görə qeyri-sağlam addımlar atırlar".

Bu sözləri Sitat.info-ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib.

O bildirib ki, türk lirəsinin dəyər itirməsindən Ərdoğan hakimiyyətinə qarşı istifadə etməyə çalışırlar:

"İkinci də təbii ki, Ərdoğanı gözdən salmaq, hakimiyyətini zəiflətmək  istəyən qüvvələr bundan süni surətdə istifadə edirlər. Pulun dəyər itirməsi o demək deyil ki, mütləq o ölkədə əhali vardan-yoxdan çıxır.  Əgər hökumət buna uyğun olaraq, maaşlara, təqaüdlərə artım edəcəksə, demək olar ki, pulun dəyərdən düşməsi ölkənin sosial həyatına ciddi təsir etməyəcək"

Məğrur,

Sitat.info



Xəbər xətti