Ötən gün 69 cinayətin üstü açılıb

12:42 19 Mart 2022

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 69 cinayətin üstü “isti izlər”lə açılıb.

Bu barədə SİTAT.İNFO-ya DİN-dən məlumat verilib. 

Belə ki, əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 88 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 63 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb.



Xəbər xətti