Araşdırma: Yuxusuzluq təxminən 10 il ərzində iflicə səbəb ola bilər

14:31 8 İyun 2023

Alimlər müəyyən ediblər ki, yuxusuzluqdan əziyyət çəkən insanlar təxminən 10 ildən sonra insult riski ilə üzləşə bilər.

Sitat.info xəbər verir ki, "Medpage Today"in xəbərinə görə, "Neurology" elmi jurnalında dərc olunan araşdırma çərçivəsində 2002-2020-ci illər arasında daha əvvəl insult keçirməyən insanlar müşahidə edilib.

Orta yaş həddi 61 olan tədqiqat qrupunda insanların 57%-i qadınlardır.

Miçiqan Universitetinin Sosial Tədqiqatlar İnstitutu tərəfindən hazırlanan Sağlamlıq və Təqaüd Araşdırması (HRS) məlumatlarından istifadə edərək, Dr. Wendemi Sawadogo və komandası yuxusuzluq əlamətlərini ilə insult riskini əlaqələndirib.

Virciniya Birlik Universitetindən Sawadogonun araşdırmaları, yuxusuzluğu olmayan insanlarla müqayisədə "yüngül" və "ağır" yuxusuzluğu olan insanların təxminən 10 ildən sonra insult riskinin daha çox olduğunu göstərib.

Sawadogo, şiddətli yuxusuzluqdan əziyyət çəkən insanların da diabet, hipertoniya, ürək xəstəlikləri və depressiyaya sahib olduğuna diqqət çəkib ki, bu da insult riskini daha da artırır.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti