"UNİCEF Ukraine": "Kiyevdə ana övladını qorumaq üçün bədənini sipər edib"

13:30 19 Mart 2022

Ukraynada müharibə davam etdikcə döyüşlərin yaratdığı fəsadlarla bağlı yeni-yeni informasiyalar yayılır. AzVision.az xəbər verir ki, "UNİCEF Ukraine" mediaya Kiyevdə baş vermiş ürək dağlayan bir hadisə ilə bağlı məlumat verib.

Qeyd edilir ki, ukraynalı qadın qızını mərmi və partlayışlardan qorumaq üçün öz bədənini sipər edib.

"Qadın özü də çoxsaylı bədən xəsarətləri alıb. Ailəni “Oxmatdet” uşaq xəstəxanasına çatdırıblar. Qəhrəman ana ilə yanaşı onun yaralanmış əri də əməliyyat olunub", - yerli media "UNİCEF Ukraine"yə istinadən yazıb.



Xəbər xətti