Norveçin şimalında ABŞ Dəniz Piyadaları Korpusuna aid hərbi təyyarənin qəzaya uğraması nəticəsində təyyarənin göyərtəsində olan 4 nəfər həlak olub.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, hadisə NATO-nun rəhbərlik etdiyi hərbi təlimlər zamanı baş verib. Ölənlərin ABŞ vətəndaşları olduğu bildirilir.
Polis qəzanın səbəblərini araşdırsa da, hava şəraiti səbəbindən işlər dayandırılıb. Hava şəraiti yaxşılaşdıqdan sonra işlərin davam etdirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, ABŞ Dəniz Piyadaları Korpusuna məxsus “MV-22B Osprey” təyyarəsi NATO-nun “Soyuq cavab” adlı təlimində iştirak edirdi.
NATO-nun Alyansa üzv ölkələrini Norveçin müdafiəsinə hazırlamaq üçün nəzərdə tutulan “Soyuq cavab” təlimində 27 ölkədən 30 minə yaxın hərbçi iştirak edir.