Rusiya ordusu ilk dəfə “Kinjal” hipersəs raketlərindən istifadə edərək Ukrayna silah anbarını vurub.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmisi, general-mayor İqor Konaşenkov məlumat verib.
“Martın 18-də “Kinjal” aviasiya-raket sistemi İvano-Frankovsk vilayətinin Delyatin yaşayış məntəqəsindəki Ukrayna qoşunlarının raket və aviasiya sursatlarının olduğu böyük yeraltı anbarını dağıdıb”, - deyə Konaşenkov bildirib.