"Turizmi prioritet elan edən ölkənin quru sərhədləri bağlı qala bilməz"- Natiq Cəfərli

18:28 12 İyun 2023

Azərbaycanda turizm sahəsindəki artımlar, pandemiya dövrü ilə müqayisədə artım sayılır. Ölkədə bu sahədə maksimum göstəricilər 2018-2019-cu ildə qeydə alınıb.
 Həmin illərdə turizm sahəsi kifayət qədər ciddi rəqəmlərə çıxmışdı".

Bu fikirləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. 

O bildirib ki, indi də turizm sahəsində rtım var, ancaq bu 2020-2021 ilə görə, pandemiyanın təsirləri olduğu dövrə görə artımdır: " Rusiyadan kifayət qədər reys sayı artıb. Həftədə 25-26 reys, ay ərzində Rusiyadan 100-dən çox reys gəlir. Bu da rəqəmlərə təsir göstərir" .

N. Cəfərli vurğulayıb ki, Azərbaycanda turizmin inkişafı ilə bağlı atılacaq addım daha çox sərbəstlik verilməsidir: "Biznesə, rəqabətli mühitin yaradılmasına şərait yaradılmalıdır, ən əsası da quru açılmasına icazə verilməlidir. Turizmdən pul qazanmaq istəyən, turizmi prioritet elan edən ölkənin quru sərhədləri bağlı qala bilməz". 

Nərgiz, 

Sitat.info 



Xəbər xətti